Qubada silah-sursat aşkarlanıb

7 Noyabr 2022 14:13 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya bildirilib ki, rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Qəşreş kəndi ərazisində Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.