Mübarizə Mərkəzi yenidən İƏT-in Direktorlar Şurasının üzvü seçilib

7 Noyabr 2022 13:25 (UTC+04:00)

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin yenidən Direktorlar Şurasının üzvü seçilib. SİA xəbər verir ki, Mərkəz bu gün İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Oman İslam Respublikasının Muskat şəhərində keçirilən 10-cu Qurultayında yenidən 2 illik müddətinə Direktorlar Şurasının üzvü seçilib.