"Əlimdən gələni etdim ki komandanın üçumi xal sayı çox olsun" - İDMANÇI BİLDİRDİ

6 Noyabr 2022 20:20 (UTC+04:00)

"Zədələrim olduğu üçün yarış çətin keçdi". SİA xəbəe verir ki, bu sözləri Yunan-roma güləşi üzrə keçirilən Dünya Kubokunda iştirak edən güləşçu Sənan Süleymanov bildirib.

Onun sözlərinə görə zədəsi olduğu üçün istədiyi fəndləri icra edə bilməyib. Rəqibim güclü bir idmançı idi. Əsas olan o idi ki, qələbə qazanım. Xal sayımının çox olması üçün əlimdən gələni etdim ki, komandamızın ümumi xal sayı çox olsun. Çünki biz kuboku əldə etməliyik. Bütün yoldaşlarıma uğurlar arzu edirəm".