"Mən indiyənə qədər çox iranlı idmançı ilə yarışmışam". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında yunan-roma güləşçisi Taleh Məmmədov bildirib.
İdmançı qeyd edib ki, artıq 2-ci dəfədir ki, iranlı idmançı onu məğlub edir: "Sadəcə onlar məni yaxşı analiz etmişdilər məhz buna görə aqresiv çıxış etdilər. Rəqib də aqresiv çıxış etdiyi üçün mən artıq kontrolumu itirdim. Buna görə də ona kəllə vurdum, hakimlərdə bu hərəkətimə görə hər dəfəsində iki xal çıxdılar. Həmçinin rəqib cavandır, 23 yaşı var. Komanda olaraq sonuncu yarış olduğu üçün yorğunuq".