"Komanda olaraq hər birimizdə çox böyük ruh yüksəkliyi var" - İDMANÇI AÇIQLADI

5 Noyabr 2022 19:38 (UTC+04:00)

"Bu yarış bizim üçün çox önəmlidir. Qarşılaşma çətin keçsə də, qalib ola bildim". SİA xəbər verir ki, bu sözləri yunan-roma güləşçisi Həsrət Cəfərov qeyd edib.

Yunan-roma güləşçisi rəqiblə əvvəlcədən tanış olduqlarını bildirib: "Komanda olaraq hər birimizdə çox böyük ruh yüksəkliyi var. Hər birimiz qələbə qazanaraq, ölkəmizi birinci yerə çıxardacayıq".