Rusiya şirkətləri və müəssisələri Yeni il tədbirlərinin təşkili üçün büdcələrini keçən illə müqayisədə 20 faiz azaldıblar. Rusiyanın “Moskovski Komsomolets” nəşrinin məlumatına görə, biznes tədbirlərinə tələbat artıb.
SİA-nın əldə etdiyi məlumata görə, nəşr göstərir ki, ilin sonuna kimi stend artistlərinin və komediya ustalarının qonorarı iki dəfə azalıb.
Qeyd edilir ki, hazırda bir tədbirin qiyməti 600 mindən bir milyon rubla qədərdir.
Maraqlıdır ki, bir çox müştərilər noyabrın sonunda korporativ şənlik keçirməklə bağlı yekun qərarını təxirə salıblar.
Ağasəf Babayev