"Yarış çox gərgin keçdi. Çünki mənim rəqibim Avropa çempionudur və sonuncu finalda məni məğlub etmişdir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında yunan-roma güləşçisi Taleh Məmmədov güləş üzrə keçirilən Dünya Kubokunda bildirib.
İdmançı bu dəfə rəqibə qalib gəldiyini bildirib: "Məşqçilərimiz sayəsində taktikanı düzgün seçdik və belə bir nəticə əldə etmiş olduq. Düşünürəm ki, digər yoldaşlarımda yüksək nəticə əldə edər və Azərbaycan komandası birinci yerə çıxar. Azərkeşlərimizə də öz minnətdarlığımı bildirirəm ki, bizə belə dəstək olurlar.