"Yarış çox yaxşı keçdi, qələbə qazandım" - ELDƏNİZ ƏZİZLİ

5 Noyabr 2022 19:03 (UTC+04:00)

"Mənimlə güləşən idmançı olduqca güclü bir rəqibdir". SİA xəbər verir ki, bu sözləri yunan-roma güləşçisi Eldəniz Əzizli Yunan-roma güləşi üzrə keçirilən Dünya Kubokunda qeyd edib.
İdmançı bildirib ki, onunla yarışan idmançı eyni zamanda dünya çempionudur: "Biz onunla dəfələrlə qarşılaşmışıq məhz bu səbəbdən rəqibi artıq tanıyırdım. Dünya sıralamasında isə mən birinci o isə ikinci yeri tutur. Yarış çox yaxşı keçdi, qələbə qazandım. Lakin Azərbaycanın birinci yerə çıxması üçün komanda olaraq yaxşı iştirak etməliyik. Düşünürəm azərkeşlərimizində köməyi ilə yarışlarda yaxşı iştirak edib, qələbə qazanacayıq".