"Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yol keçib. SİA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini, general-mayor İnqilab Muradov deyib.
O bildirib ki, Daxili Qoşunların şəxsi heyəti Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak edib: "Torpaqların azad olunması zamanı 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adınna layiq görülüb. Minlərlə əməkdaş isə orden və medallarla təltif olunub".
Kəmalə Təyyarqızı