Güləş üzrə Dünya Kubokunun açılış mərasimi keçirilir - YENİLƏNİR-FOTOLAR

5 Noyabr 2022 16:14 (UTC+04:00)

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilir. SİA xəbər verir ki, saat 17:00-dan etibarən sırayla İran – Qırğızıstan, Azərbaycan – Dünya yığması və Türkiyə - Qırğızıstan görüşləri baş tutacaq. Bürünc medal uğrunda qarşılaşma və final noyabrın 6-da keçiriləcək. 3-cü yer uğrunda görüş 17:00-da başlayacaq. Bundan sonra isə final start götürəcək.