ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ukraynada Rusiyaya qarşı müharibənin davam etdiyini və Ukrayna ordusuna qətiyyətlə dəstək verməyə davam edəcəklərini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə danışıqlar aparmaq üçün Kiyevə gələn Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan birgə mətbuat konfransı keçiriblər. Burada çıxış edən Sullivan, Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatında Ukrayna tərəfini sona qədər dəstəkləməyə davam edəcəklərini bəyan edərək, “Biz bu əməliyyatları davam etdirmək üçün (əks hücum) Ukraynaya lazım olan hər şeyi verməliyik” deyib.
ABŞ-ın lazım olduğu müddətcə Ukraynanın yanında olacağını qeyd edən Sullivan, "İrəliləyərkən dəstəyimizdə heç bir tərəddüd, qırmızı bayraq və ya güzəşt olmayacaq" söyləyib.
Sullivan Kiyevdəki təmasları çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb.