Rəqiblərim güclü idi. Ona görə də görüşlərin asan keçdiyini demək olmaz". SİA-nın verdiyi məlumata görə, bunu Bakıdakı Böyük Dəbilqə turnirində qızıl medal qazanan Balabəy Ağayev jurnalistlərə açıqlamasında deyib.
İdmançı bildirib ki bu onun Böyük Dəbilqə turnirlərində ikinci qələbəsidir: "10 gün öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarışdan bürünc medalla qayıtmışdım. Yorğun idim, lakin dincəlmək imkanım oldu".
O bildirib ki, əsas məqsədi bundan sonrakı yarışlara da yaxşı şəkildə hazırlaşıb qələbə əldə etməkdir".