"Özümü güclü hiss etmirdim" - İDMANÇI AÇIQLADI

4 Noyabr 2022 20:09 (UTC+04:00)

Çiyin, topuq və digər bölgələrimdə zədələrim var. Bu səbəbdən də müəyyən məşqləri etmək imkanım olmamışdı". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanan Kəramət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

İdmançı özünü güclü hiss etmətdiyini vurğulayıb: "Qızıl medal qazanmaq istəyirdim, lakin qismət olmadı. Düşünürəm ki, bu, hələ başlanğıcdır. Gələcəkdə daha böyük yerlərdə olacağıma inanıram".