"Mərkəzlərimizin şəbəkələri genişləndiriləcək" - NAZİR BİLDİRDİ

4 Noyabr 2022 20:06 (UTC+04:00)

"Bizim hazırda iki reablitasiya mərkəzlərimiz fəaliyyət göstərir". SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 8 Noyabe-Zəfər Gününə həsr olunmuş tədbirdə qeyd edib.

Nazir bildirib ki, bunlardan biri Ramanada yerləşir: "Hansı ki, burada müxtəlif peşələr aspekti baxımından fokuslanıb. Dost İnklüzv və İnkişaf Mərkəzləri isə sırf yaradıcılıq peşələrini özündə ehtiva edən sənətlər üzərində fokuslanıb. Düşünürük ki, həm Bakı şəhərində, həm də bölgələrimizdə mərkəzlərimizin şəbəkələri genişləndiriləcək".