“Barselona” klub ötən gün getdiyini elan edən Jerar Pikenin yerinə qış transfer pəncərəsində mərkəz müdafiəçisi almaq istəyir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu komandanın baş məşqçisi Xavi Hernandes bildirib.
“Qışda yeni bir mərkəz müdafiəçisi almaq istəyirik, bu, Pikenin ayrılmaq qərarına gəldiyi üçün əsas prioritet olacaq”. Qeyd edim ki, bunu Xavi son mətbuat konfransında bəyan edib.
Xatırladaq ki, “Barselona”da Pikeni əvəzləməyə əsas namizəd uzun müddətdir mavi qranatların göz atdıqları 31 yaşlı “Atletik Bilbao” təmsilçisinin müdafiəçisi İniqo Martinezdir.
Deyilənlərə görə, futbolçunun özü də “Barselona”ya keçiddə maraqlıdır.
Ağasəf Babayev