107 saylı məktəbdə "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

4 Noyabr 2022 16:16 (UTC+04:00)

Bu gün Sabunçu rayonu 107 nömrəli tam orta məktəbdə “8 Noyabr - Zəfər günü” və “9 Noyabr - Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən əvvəl məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Asim Quliyevin barelyefinin açılış mərasimi keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, I Qarabağ müharibəsi və Vətən müharibəsinin qaziləri də iştirak ediblər. Sonra vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Giriş sözü ilə məktəbin direktoru Səidə Əhmədova çıxış edib. Tədbirdə Azərbaycan və rus bölməsinin I-VIII sinif şagirdləri rəngarəng bayram proqramı ilə çıxış ediblər. Tədbirin davamında aparıcılar “Zəfər günü” və “Bayraq günü”nün yaranma tarixi haqqında məlumat veriblər. Şagirdlərin ifasında şeirlər söylənilib, hərbi-vətənpərlik mövzusunda mahnılar oxunulub. Səhnədə şagirdlərin hazırladıqları “Şuşa əməliyyatı”, “Xarıbülbül”, “Bayraq” və s. kompozisiyalar nümayiş etdirilib.