"Bu gün artıq "Zəfər Forumu"nun yekunu tədbiri keçirilir". SİA xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev "Zəfər Forumu"nun bağlanış mərasimində bildirib.
Sektor müdiri qeyd edib ki, bu foruma 7 oktyabrdan start verilib: "Zəfər Forumu" nəticəsində rayonlarımızda şəhid ailələri və Vətən müharibəsi iştirakçılarımızla görüşdük. Görüşdüyümüz bütün şəhid ailələri və qazilərimizin hər biri yalnız "Vətən sağolsun" deyirdi. Burada iştirak edən Qeyri-Hökumət Təşkilatlarının hər birinin də əsas vəzifəsi o olmalıdır ki, bizim qəhərmanlarımızın həyatı barədə kitablar çap edərək, maarifləndirici tədbirlər təşkil etsinlər. Gələcək nəsillərimiz də onlardan ibrət götürərək tərbiyələndirilsinlər".