"Mən Vətən müharibəsi qəhrəmanı, hərbiçi-mayor Elçin Mansurovun anasıyam. Qarşıdan gələn "Zəfər Günü" münasibətilə hər kəsi təbrik edirəm". SİA xəbər verir ki, bu sözləri şəhid anası Məleykə Məcidova "8 Noyabr-Zəfər Günü" Formunda qeyd edib.
Şəhid anası bildirib ki, bu gün təşkil edən "Zəfər Forumu" xalqımızın əsrlər boyu düşmən tapdağı altında qalan torpaqlarının azad edilməsi barədə təşkil edilib: "Bu cür tədbirlərin təşkil edilməsi şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları üçün mühüm əhəmiyyət kəsb edir. Mən bir dəfə amerikanlı bir politoloqun yazısını oxumuşdum və həmin sətrlər məni çox təsirləndirmişdir. O yazırdı ki, hərb tarixində Azərbaycan əsgəri görülməyən qələbə qazanıb: "Məhz Azərbaycan əsgəri sıldırım qayalara çıxaraq öz torpaqlarını azad edib". Bəli, bizim oğullarımız ərazi bütövlüyümüz uğrunda öz canlarından, qanlarından keçdilər".