Teatrda maaşların 8 aydır gecikməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir

4 Noyabr 2022 13:06 (UTC+04:00)

Dəyərli dostlar, Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək.