Zəfər gününün önəmi və mahiyyətini uşaqlara aşımalıyıq - FƏLSƏFƏ DOKTORU DANIŞDI

4 Noyabr 2022 13:03 (UTC+04:00)

“Bu günlərdə biz artıq zəfər gününü yaşayırıq. Zəfər günü Azərbaycan tarixinin şanlı tarixidir. Biz Azərbaycan təhsili olaraq gəncliyimizin yetişdirilməsində Zəfər günümüzün aşılamması çox vacibdir. Çünki bu zəfər bizi millət olaraq, fərqli formada yetişdirdi”. Bu sözləri SİA-ya açıqlamasında Hədəf Şirkətlər qrupunun qurucu direktoru, filalogiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib. Onun sözlərinə görə, biz 200 il idi ki, torpaq itirir, həmişə məğlub olurduq: “Amma Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə ki, möhtəşəm qələbə bizi bu günümüzə gətirib, çıxartdı.

Biz bu zəfəri qazananda minlərlə oğul, can itirmişik. Bu bizim heç bir zaman yadımızdan çıxmayacaq dərdimizdir. Amma bu acıları zəfərimizi görə bilmək üçün yaşamışıq. Buna görə də bütün yaşadıqlarımız bizə qürur verir.

Tədris mərkəzləri olaraq da məktəblərimizdə hər zaman bu günlərin önəm və mahiyyətini gələcəyimiz olan uşaqlara aşılamalıyıq”.