107 saylı tam orta məktəbdə "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

4 Noyabr 2022 12:22 (UTC+04:00)

Bu gün Sabunçu rayonunda yerləşən 107 saylı tam orta məktəbdə "Zəfər Günü"nə həsr olunmuş tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirə başlamazdan öncə 107 saylı tam orta məktəbdə təhsil almış şəhid Quliyev Asim Bəkir oğlunun əziz xatirəsinə qoyulmuş bariyelin açılış mərasimi olub.

Bariyelin açılışında Vətən müharibəsi iştirakçıları, 107 saylı tam orta məktəbin direktoru Səidə Əhmədova və şəhidin ailəsi iştirak edib.

Daha sonra "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilərək, Vətən müharibəsində iştirak edərək, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir zaman məktəbin şagirdləri Vətən müharibəsi mövzusuna aid səhnəcikləri göstərib.