Bu gün "Hədəf" Steam Liseyində 8 noyabr Zəfər gününə həsr olunmuş “Dərdimiz qürurumuzdur” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə liseyin şagirdləri tərəfindən hazırlanmış bədii tamaşa nümayiş etdirilib. Tədbirin əsas məqsədi arxa cəbhədə mübarizə aparan xanımların psixoloji mübarizəsini əks etdirmək olub.