Pakistanın keçmiş Baş naziri İmran Xanın güllələnərək yaralanmasından sonra ölkədə kütləvi etirazlar başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, etirazlar əsasən, İslamabad, Kəraçi, Lahor, Faysalabad, Ravalpindi, Pişəvər, Multan şəhərlərində keçirilir.
Etirazçılar yolları bağladığına görə bir çox şəhərdə nəqliyyat dayanıb. Onlar hücumun səbəbkarlarının tapılaraq məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Qeyd edək ki, Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı Qucranvala rayonunda sui-qəsd təşkil olunub. Nəticədə bir nəfər ölüb, 13 nəfər yaralanıb.