"Biz gün qalib gəlmək istəyirdik. Təbii ki, az qalmışdı biz bunu bacara bilərdik lakin təəssüflər olsun ki, qalib ola bilmədik". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov 1:1 hesabı ilə bitən "Qarabağ"-"Frayburq" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi qeyd edib ki, bütün futbolçularıma təşəkkürümü bildirirəm: "İndiyənə kimi keçirilən bütün oyunlarda idmançılarım böyük həvəslə və mübarizəylə meydanda iştirak edirdilər. Həmçinin bütün azərkeşlərimizə təşəkkürümü bildirirəm. Çünki onlar bizim oyunlarımızı böyük həvəslə gözləyib, izlədilər. Bir sözlə, bu il ölkəmizdə futbol ili oldu. Komandamdan sözün əsl mənasında çox razı qaldım. Bu il komandam futbolun dadı tam hiss etdilər".