"Bizim komandamızda həddindən artıq oyunçu var. Məhz bu səbəbdən başqa oyunçuları komandaya cəlb edə bilmərəm". SİA xəbər verir ki, bu sözləri "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx 1:1 hesabı ilə bitən "Qarabağ"-"Frayburq" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi bildirib ki, "Qarabağ" komandasında ən çox Kadi, Ovisi, Zubirin professionallığı göz önündədir: "Qarabağ" komandası qol vurarkən klubun bütün heyəti bir nəfər kimi sevinir. Bu da ondan xəbər verir ki, komandanın tərkibində hər şey qaydasındadır".