""Qarabağ" komandası bu bacarıqla çox qabağa gedəcək" - BAŞ MƏŞQÇİ AÇIQLADI

4 Noyabr 2022 00:13 (UTC+04:00)

"Biz bu gün çox güclü rəqibə qarşı oynadıq. Sonuncu oyunda bizim bəxtimiz gətirdi ki, bizə yalnız bir qol vuruldu". SİA xəbər verir ki, bu sözləri "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx 1:1 hesabı ilə bitən "Qarabağ"-"Frayburq" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.

Baş məşqçi qeyd edib ki, "Qarabağ" bizim işimizi çətinləşdirdi və bizə çox gözəl oyun göstərdi. Qurban Qurbanov komandasını ilə çox yaxşı əlaqə saxlaya bilir. "Qarabağ" komandası bu cür bacarıqla çox irəliyə gedəcək. Onların bundan sonra Konfrans Liqasının pley-offunda davam etməsi yalnız bəxtsizlikdən irəli gəlir.