Futbol üzrə Rusiya yığmasının noyabrda keçiriləcək təlim-məşq toplanışı və Tacikistanla yoldaşlıq oyunu üçün heyəti müəyyənləşib. Bu barədə Rusiya Futbol İttifaqının (RFU) saytında məlumat verilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, genişləndirilmiş komandaya qapıçı Anton Şunin (“Dinamo”), müdafiəçi Georgi Djikiya (“Spartak”), yarımmüdafiəçi Anton Mirançuk (“Lokomotiv”) və hücumçu Fedor Çalov (CSKA) daxil olmaqla 37 futbolçu çağırılacaq. Qeyd olunur ki, “Krılya Sovetov”un hücumçuları Sergey Pinyaev və Orenburqlu Vladimir Sıçevoy ilk dəfə milliyə çağırılıb.
Qeyd edək ki, oktyabrın 28-də Rusiyanın noyabrın 17-də Tacikistanla səfərdə oynayacağı məlum olub.
Oyun Düşənbədə keçiriləcək.
Xatırladaq ki, fevralın 28-də Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya komanda və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Komandalar avrokuboklarda çıxış etmirlər və Rusiya yığması 2022-ci il dünya çempionatında iştirak şansını itirib.
Ağasəf Babayev