Repetitor (ingiliscə) "ev müəllimi, mentor, tərbiyəçi" deməkdir. İngiltərədə repetitorluq “universitet təhsilinin əsas metodu” və tələbələr üçün ən dəyərli şəxs, rəhbərlik vasitəsi kimi tanınır. Repetitorluq Oksford və Kembric universitetləri dövründən (XII-XIII əsrlər) mövcud olmuşdur. XVI əsrin sonlarında repetitor universitet təhsilində mərkəzi fiqur olur. 17-ci əsrdə repetitorun fəaliyyət dairəsi xeyli genişlənir və onun tərbiyəvi funksiyaları böyük əhəmiyyət kəsb etməyə başlayır. Repetitor sistemi rəsmi olaraq sırf ingilis universitet sistemi kimi tanınır və tədricən professoru əvəz edir. XIII-XIV əsrlərdə (yalnız ölkənin ən qədim universitetlərində) repetitor sistemi tədrisdə mərkəzi yer tutur və mühazirə sistemi ona əlavə kimi xidmət etməyə başlayır. Bu vəziyyət bu günə kimi qalmaqdadır. Repetitor sistemi dedikdə 1-2 tələbənin (yeni universitetlərdə - 5-6) təhsil müddətində repetitorla müntəzəm dərsləri nəzərdə tutulur. Hər bir tələbə təhsilinə, universitetdə qaldığı müddət ərzində həyatına və istehsalat təcrübəsinə nəzarət edən repetitora rəsmi bağlanmış sayılır. Tərbiyəçi təkcə müəllim kimi deyil, həm də tələbənin düşünmə qabiliyyətini və intellektual bacarıqlarını inkişaf etdirməyə kömək edən mentor kimi qəbul edilir. Tələbənin inkişafını və mütəxəssis kimi formalaşmasını repetitor diqqətdə saxlayır.

Ölkəmizdə isə Universitetlərdə və məktəblərdə repetitorluq təcrübəsinin inkişafı 21-ci əsrin əvvəllərində başlamışdır. Məktəbə qoyulan yeni tələblər yeni iş formalarını tələb edir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Repetitor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repititor kimi fəaliyyət göstərməsi üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir.
Şagirdlərin repetitor xidməti almaq üçün müəllimin yanına getməsi üçün isə gün ərzində 8103 – ə 2 rəqəmini yazaraq yalnız bir dəfə 3 saatlıq gedə bilər.
Müəllim gün ərzində istədiyi qədər repetitor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan olsun, amma şagird gün ərzində bu xidmətdən yalnız 1 dəfə, ondan da 3 saat ərzində istifadə edə bilər.
Ekspertlər deyir ki, hazırda ən acınacaqlı vəziyyət xarici dillərin tədrisi ilə bağlıdır.
Belə ki, orta məktəblərdə xarici dilin, xüsusi ilə də ingilis dilinin tədrisi o qədər aşağı səviyyədə tədris olunur ki, şagirdlər məcbur olub əlavə vəsait hesabına xarici dili öyrənmək üçün hazırlıq kurslarına, dil kurslarına gedirlər. Bu, həm xarici dili tədris edən müəllimlərin bilik və bacarıqlarının aşağı səviyyəli olması ilə əlaqədardır, həm də onlar qəsdən aşağı səviyyədə dərs keçir ki, şagirdlər onların yanına ödənişli olaraq hazırlığa gəlsinlər.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Aparılan araşdırmalara görə repetitorların yanına getmək üçün qiymətlər təxminən belədir: İbtibadi və 5-6-cı sinif şagirdləri üçün hazırlıqlar həftədə iki dəfə olmaqla 50 manat, həftədə 3 dəfə olmaqla isə 70 manat, 10-11-ci sinif şagirdləri üçün isə 70-80 manatdır. Orta hesabla hər şagirdi 50-70 manata hazırlaşdırırlar, bu ayda təxminən 1000-15000, 1400-2100 manat deməkdir.
Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti İctimai Birliyinin namizədi İlqar Orucov: "Repetitorluq fəaliyyəti nəinki ölkəmizdə, bütün dünyada təhsil səviyyəsi yüksək olan ölkələrdə belə bu xidmət mövcuddur. Yaponiya, Böyük Britaniya, Cənubi Koreya kimi ölkələrdə təhsilin səviyyəsi yüksək səviyyədədir. Amma buna baxmayaraq həmin ölkələrdə repetitorluq heç də Azərbaycandan az yayılmayıb. Həmin ölkələrdə repetitorluğun mahiyyəti ilə ölkəmizdəki repetitorluğun mahiyyəti tamam fərqlidir. İnsanlar təbii ki hər zaman öyrənmək üçün yollar axtarırlar və öyrənməyin əlavə resurslardan biri kimi repetitorluq xidmətindən istifadə edirlər.
Amma Azərbaycanda repetitorluq fəaliyyəti bir az fərqlidir.
Tutaq ki, hansısa bir dil öyrənmək istəyirsinizsə, hansı yaşda olmağınızdan asılı olmayaraq təbii ki, repetitor yanına getməli olursunuz. Bu, normal bir haldır. Amma məktəb yaşda uşaqların bütövlükdə proqramın mənimsənilməsi ilə bağlı repetitor yanına getməsi düşündürücüdür. Bizim məktəblər biliyi o səviyyədə verməlidirlər ki, insanlar məhz məktəb biliyi əsasında ali təhsil müəssisələrinə daxil olmaq imkanı olsun. Əgər bu yoxdursa, yəni ali təhsil müəssisəsinə qəbul olmaq şansı yalnız repetitorluqdan keçirsə, əlbəttə, bu, zərərlidir. Reallıq da budur ki, həqiqətən də, ölkəmizdə orta məktəblər o səviyyədə bilik vermirlər ki, bizim uşaqlar orta məktəb biliyi ilə gedib ali məktəblərə daxil olsunlar. Bunu faizlə araşdırsa, çox az olduğunu görəcəyik.
Amma əslində, bu, belə olmalı deyil. Repetitorluğun geniş yayılması məhz sadaladığımız tərəfləri ilə zərərlidir. Böyük Britaniya kimi bir dövlətdə şagirdlər repetitorlardan ali məktəblərə qəbul olunmaq üçün yox, əlavə biliklər almaq, bilikləri daha da dərinləşdirmək, digər xarici dillər öyrənmək üçün istifadə edirlər. Bizə də siqnallar daxil olur hansı ki, bizim məktəblərdə də yaxşı müəllimlər var və onlar dərsi o keyfiyyətdə keçməyə maraqlı deyillər. Keyfiyyətsiz səviyyədə təşkil edirlər və onlar maraqlıdırlar ki, uşaq mənim yanıma məhz repetitor xidmətindən istifadə etmək üçün gəlsin. Müəllim şagirdə real olaraq məhz bu formada yanaşırsa, əlbəttə, bununla bağlı tədbirlər görməli və nəzarət mexanizmləri işlənməlidir. Repetitor düşünürsə ki, mən sinifdə dərs keçməyəcəm və şagirdlərə əlavə ödəniş müqabilində xidmətə cəlb edəcəm, əlbəttə, bu, çox yanlış düşüncədir və buna qarşı cəza tədbirləri görülməlidir".
Havar Şəfiyeva