"Ehtiyyat tədbirləri üçün karantin rejmi uzadılıb" - DEPUTAT ŞƏRH ETDİ

3 Noyabr 2022 16:10 (UTC+04:00)

"Koronavirus dünyamızda mövcuddur, pandemiya hələ də bitməyib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, yoluxma sayının azalması halları müşahidə edilir, amma dünya üzərində statistika həm artır, həm də azalır: "Azərbaycanda da koronavirusa yoluxma nəzarət altındadır. Gündəlik statistikalara nəzər salsaq görərik ki, yoluxma sayı gün keçdikcə azalır. Nazirlər Kabinetinin qərarı ilə karantin rejmini 1 yanvar 2023-cü ilə qədər uzadılıb. Bu başadüşüləndir. Çünki dünyada hələ də bu virus yayılır. Ehtiyyat tədbirləri üçün karantin rejmi uzadılıb. Qeyd edim ki, hazırda payız fəslidir. Bu fəsildə xəstəliklər geniş yayılır. Həmçinin bu fəsil virusların daha çox baş qaldırdığı fəsildir. Yəni bütün bunların qarşısını almaq üçün karantin rejminin tarixi uzadılıb. Ona görə də biz gigiyenik qaydalara əməl etməliyik. Hər hansı bir xəstəliyi olan şəxslər xüsusilə diqqətli olmalıdırlar. Digər viruslardan qorunmaq üçün xəstə olan şəxslərin kütləvi məkanlarda maskadan istifadə etməyi tövsiyyə olunur”.