Ayaqüstü qidalanma insana necə təsir edir? - AİB SƏDRİ DANIŞDI

3 Noyabr 2022 16:12 (UTC+04:00)

“Ayaqüstü qidalanma cəld qidalanma hesab olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri qeyd edib ki, bütün hallarda cəld qidalanma zamanı orqanizm qida qəbul etməyə hazır olmur: “Qida qəbulu orqanizmin varlığını tətbiq edir. Bizim orqanizmimiz qidanı qəbul edənə qədər bizim bədənimizdə müəyyən proseslər baş verir. Həmçinin orqanizm qidada lazım olan maddələri ayıra bilmə funksiyasına malikdir. Ayaqüstü qidalanma insan orqanizmasına ziyandır. Belə hallar hətta mədə xərçəngi ilə də nəticələnə bilər. Cəld qidalanma seqmenti məhdud sayda qidaları əhatə edir. Məhdud qidalar yemək insana çox ziyan verir. Düşünürəm insanlar ayaqüstü qidalanmadan uzaq olmaldırlar”.