“Ölkəyə gətirilən avtomobil sayında artım müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Nəqliyyat-eksperti qeyd edib ki, xüsusən də ölkəmizə taksi üçün istifadə olunan avtomobil növləri çox gətirilir: “İctimai nəqliyyat növlərinin sayı getdikcə azalır. İnsanlar artıq dəqiqələrlə dayanacaqlarda qalırlar, metroda sıxlıq yaranır bunun nəticəsində də insanlar növbə sistemi ilə qatarlara buraxılır. İnsanların əlinə pul düşən kimi avtomobil alırlar buna görə də, yollarda kəskin şəkildə tıxac yaranır. Məhz bu səbəbdən tıxacın artmasının əsas səbəbi avtomobillərin sayının çox olmasıdır. Sadəcə biz elə etməliyik ki, ictimai nəqliyyat güclənsin, yollarda və küçələrdə nəqliyyatın hərəkətində problem olmasın”.