Azərbaycanda "Helloven" bayramının keçirilməsi düzgündür? - ARAŞDIRMA

3 Noyabr 2022 15:27 (UTC+04:00)

Sosial şəbəkələr bizi bir çox reallıqlarla qarşılaşdırır. Dünyadakı adət-ənənələr də bunlardan biridir. Belə ki, sosial şəbəkələr vasitəsilə həm öz mədəniyyətimizə, həm də xarici mədəniyyətlərə aid müxtəlif adət-ənənələri öyrənirik.

Günümüzdə Amerika ənənələrinə həvəs salmış yüzlərlə uşaq və böyüklər "Helloven" balqabaq fənərlərini yandıraraq bu bayramı qeyd edirlər. Onların fikrincə bu gün uşaqların təxəyyülünü işə saldığı, maraqlı geyimlərlə qəribə şəkillər çəkdirdiyi bayrama çevrilir.

Bəs, Azərbaycanda "Helloven" kimi xaricilərə məxsus bayramların keçirilməsi nə dərəcə düzgündür? Bu, insanların, xüsusilə də uşaqların psixologiyasına necə təsir edir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qaranlıq qüvvələr, ruhlar, o biri dünya ilə əlaqəni simvolizə edən obyektlər uşaqları qorxuda bilər. Xaricilərdə "Helloven" hər il oktyabrın 31-də qeyd olunan son dərəcə rəngarəng və əyləncəli bir bayramdır. Bu bayramın ən diqqət çəkən xüsusiyyəti, küçələri qaranlıqla dolduran kostyumlu uşaq və yeniyetmələrin olmasıdır. Bayramda istifadə olunan simvollar ümumidir. Bayquş, qara pişik, kəllə, hörümçək, ruh, yarasa, ölümü təmsil edən qara, balqabaq və geyimlər bura aiddir. "Helloven" zamanı insanlar cadugər kimi geyinib bir-birlərinə qorxulu hekayələr danışırlar. Lakin, hər bir inanc və əməlin uşaqlara və gənclərə təsiri fərqlidir. Böyüklər üçün adi və öhdəsindən gəlmək asan olan bir çox vəziyyət və ya görüntülər uşaqlar və yeniyetmələr üçün qorxulu ola bilər. Qorxunun növü və səviyyəsi də yaşa görə dəyişir. Misal üçün məktəbəqədər yaşda yad insanlardan, yüksək səslərdən, qaranlıqdan, klounlardan qorxmaq olarkən, 10 yaşında xəyali personajlar, oğrular, təqib edilmək, zərər görmə kimi qorxular müşahidə edilə bilər.

Son illərdə məktəblərdə populyarlığı artan "Helloven" şənliklərinin yeni bir qorxu mövzusu yaratdığını söyləyə bilərik. Bayramlardan sonra uşaq və gənclərdə yuxu problemləri, gecə qorxuları, kabus pozğunluqları, izahı bilinməyən fizioloji problemlər, qaranlıq qorxusu, yüksək səs qorxusu müşahidə oluna bilər. Yaşadığımız əsr elə bir dövrdür ki, hiss və düşüncələrimizdə real həyat hadisələrindən çox virtual aləm hökmranlıq edir. Bu dünyada ən fəal insanlar uşaqlar və gənclərdir.

Psixoloq Cindy Dell Clark Filadelfiya bölgəsində altı və yeddi yaşlı uşaqlar üzərində apardığı son araşdırmada, bu bayramın uşaqlar üçün nə dərəcədə qorxulu olması barədə danışıb.

Nagurney deyir ki, Hellouin uşaqları təcili yardım şöbəmizə kostyumlarla gətirilir. Düzgün olmayan maskalar görmə qabiliyyətinə mane olur və yıxılmalara səbəb olur. Həmçinin, əgər uşaqlar qaranlıqda çölə çıxırlarsa, kostyumların və çantaların üzərinə əks etdirici lent qoyun və fənər yandırın.

Bu bayramda insanlar tanınmamaq üçün evdən çıxarkən maskalar taxırdılar. Ruhları sevindirmək üçün çöldə yemək qabları qoyulurdu.

Hellouin bayramı zamanı böyüklər isə uşaqları diqqətlə izləməyi və onlara nəyin real, nəyin olmadığını xatırlatmağı məsləhət görürlər. Hellouində uşaqların ən qorxduğu şey ölümdür. Günümüzdə bir çox uşaqlar var ki, ümumiyyətlə ailə dəfnlərində iştirak etmirlər.

Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova: "Hər kəs bu bayrama görə çox təlaşlıdır. Bu nə bayramdır belə?! Heç adam da qorxu, cin, şeytan, ölülərlə bayram keçirər mi?! deyə əsəbləşirik. Yaxşı, bəs nə edək?! Övladımıza bu bayramı qeyd etməsinə izin verəkmi?! Ziyanları ola bilərmi?! Daha da qorxmazmı?! Uşaqlara şiddəti aşılamırıqmı?!

Bəli, suallar içində qalan valideynlər üçün bu məqaləni yazmaq qərarına gəldim. İstədim dərindən araşdırıb bir dəfəlik bu naməlumluğa son qoyum. Maraqlısı odur ki, kimi dindirirsən bu bayrama qarşıdır. Lakin müxtəlif yerlərdə qeyd edilən "Helloven" bayramı şənliklərində onlarla uşaq əlindən tərpənmək olmur və kifayət qədər əyləndiklərini görürük. Bəs görək bu bayramın mənfi tərəfləri ilə bərabər müsbət tərəfləri varmı? İlk öncə istəyirəm bu bayramın necə günümüzə gəlib çıxdığını birlikdə araşdıraq.

"Helloven" qədim zamanlardan insanların pis ruhları qorxutmaq və ruhlar tərəfindən tanınmamaq üçün müxtəlif ayinlərlə qeyd etdikləri bayram kimi tanınır. Qədim dövrlərdə insanlar şənliklər üçün tonqal yandırmaqla şər ruhları qorxutduqlarını və ruhların maskalanaraq onları tanımadıqlarını düşünürdülər.

"Halloven" qədim dövrlərdə insanlar üçün qış dövrünün başlanğıcını və yeni ili bildirirdi. Yeniliklər həmişə gözəldir, lakin naməlumluq qeyri-müəyyənlik və qorxu gətirir. Qorxu və qeyri-müəyyənliklərdən qurtulmağın yollarından biri ona müqavimət göstərməkdir. Hallowenə görə isə bu, qorxularımızdan qurtulmaq, maskalamaq və onlardan qaçmaqdır. Ona görə də Halloween belə rituallarla dolu bir bayram olaraq mövcud olmağa davam edir

Hər bayram yaxşı əyləncə və vaxt keçirmək üçün bir fürsətdir. Karnavallardakı kimi fərqli insanları qəbul etmək, maskalar və kostyumlarla fərqli görünüş əldə etmək istəyi mifologiyadan bəri mövcuddur. Rəngarəng kostyumlar, maskalar, aksesuarlar normal qəbul edilməlidir. Uşaqlar birlikdə bayram qeyd edərkən, cəmiyyətin bir hissəsi kimi bütövlükdə paylaşmağı öyrənirlər. Bu bayram uşaqlar üçün əyləncəli bir gündür. Fərqli geyimlər geyinmək, obrazlara bürünmək özlərini fərqli bir rolda və vəziyyətdə görməyə imkan verir. Halloween bayramını qeyd etmək xüsusilə internet əsrində çox önəmlidir. Burda əsas olan geyimlərdə, maskalarda, qorxu və cadugərlər aləmində sərhədi müəyyən etməkdir.

Kabuslar, cinlər, vampirlər, zombilər, pis ruhlar, pərilər, cadugərlər və s. Bəs niyə biz insanlıq olaraq, Halloween bayramında bizi mənfi davranışlara və qorxu kimi bir çox mənfi duyğulara sövq edəcək şeylərin arxasınca gedirik?

QORXULARDAN HƏZZ ALMAQ

Əslində, Halloween bayramında qorxularla üzləşmək və qorxmadan əylənmək qorxu filmlərinə bənzər bir təcrübədir. Qorxu filmlərinə baxarkən həm qorxuruq, həm də maraqla izləməyə davam edirik elə deyilmi?! Bir sözlə, qorxu hissinin xoş tərəfi var.

Qorxudan həzz almaq əslində şəxsiyyət xüsusiyyətini əks etdirir. Bir çox insanlar fəaliyyətlərində həyəcan axtaran bir quruluşa sahibdirlər. Nə qədər qorxulu olsa da, digər insanlardan fərqli olaraq, onlar yamac paraşütü və ya bungee jumping ilə əylənə bilirlər.

EMOSİYAYA NƏZARƏT

Başqaları ilə asanlıqla empatiya qura bilən insanlar qorxu ilə əlaqəli səhnələrə baxarkən özlərini sağ qalanların yerinə qoymağa meylli olduqları üçün qorxu filmlərinə və ya qorxu ilə yaşanan təcrübələrə üstünlük vermirlər.

"Helloven" kostyumları bu bayramın ən gülməli hissəsidir. Bəziləri ən yaxşı Halloween Kostyum müsabiqəsində qalib gəlmək üçün, bəziləri cütlük kimi ahəngdar görünmək üçün, bəziləri isə sadəcə əylənmək üçün geyim axtarışına və hazırlaşmağa saatlar sərf edir.

Halloween kostyumları çox məşhur personajların paltarları və ya qorxulu canlılar ola bilir. Kostyuma uyğun makiyaj hazırlanır və ya maskalar taxılır. Makiyajlar, maskalar və kostyumlar da insanlara anonimlik verdiyi üçün bu həm böyüklərdə, həm də uşaqlarda mənfi davranışlar da yara bilər. Heç mi müsbət təsiri yoxdur?

RAHATLAŞDIRICI EFFEKT

İnsanların büründükləri obrazlarla mənlik hissindən müvəqqəti uzaqlaşmaları onlarda psixoloji rahatlıq yaradır.

Özümüzə xas bir görünüşə sahib olmaq əslində kimliyimizin bir hissəsidir. Buna görə də davranışımızda da özümüzə uyğun və uyğun olmayan standartlar var. Bizi heç kim tanımırsa və bir kostyumun arxasında gizlənəndə, əslində bu Bizdə mənlik hissini kənara qoyma duyğusu yaradır.

Halloween həm də bizə geyinə bilmədiklərimizi geyinmək imkan verir. Halloween bizim üçün psixoloji cəhətdən bu baxımdan yaxşıdır, desək yanılmarıq, çünki hər zaman sosial olaraq qəbul olunmaq və mühakimə olunmadan istədiyimiz kimi geyinmək istədiyimiz bir şeydir!

QORXUMUZLA ƏYLƏNMƏK

Qorxduğu əşyalara və ya elementlərə əyləncə məqsədi ilə yaxınlaşmaq, onlarla lağ etmək uşaqların qorxularına qalib gəlməsinə, təxəyyül və yaradıcılığının inkişafına zəmin yaradır.

QORXULARIMIZLA ÜZLƏŞMƏK

Uşaqların Halloween bayramında büründükləri qorxulu obrazlar onları qorxularıyla üzləşdirir. Ayıbladıqları və qorxduqları hadisələrin olduğunu kəşf edirlər.

Halloween-də ortaya çıxan qorxulara nəzər salsaq əslində o anda təhlükə yaratmayan qorxuların kostyum və maskalarla ifadə edilməsindən danışa bilərik. Məlum olduğu kimi, psixologiya elmində bir üsul var: “İZAHAT”.

Bu üsul, mövcud olan qorxumuzla üzləşərək məruz qalma və neytrallaşdırmağa yönəlmişdir. Halloween isə real həyatda rastlaşanda qorxacağımız şeylərlə lağ etdiyimiz və onlara qarşı neytrallaşdığımız bir bayramdır. Bir növ, qorxunu simulyasiya edərək- onu yenidən canlandırıb təhlükəsizlik duyğumuza əsaslanan qorxumuzla barışırıq!

Qorxuları tabu etməkdənsə, bayramın bir hissəsinə çevirərək tərifləmək və ifşa etməklə əyləncəli müalicəvi effekt yaratmaq daha məntiqli olar. Əyləncəli fəaliyyətlərlə tabu halına gələn qorxular üçün sosial sərhədləri və ənənələri qırmaq, bu qorxuları ciddi qəbul etmədiyimizi göstərmək bizim üçün faydalıdır.

Beləliklə, Halloween vasitəsilə qorxularımızı ələ salmaq üçün oktyabrın 31-nə qədər gözləməli deyilik. Gündəlik həyatımızda bunu edə biləcəyimiz vəziyyəti yaradaraq qorxularımızı simulyasiya edə və onlarla barışa bilərik. "Halloven"in müalicəvi təsirini həyatımıza gətirməklə özümüz üçün yaxşı bir addım ata bilərik".

Ayşən Vəli