Mərkəzi Gömrük Hospitalının provizorları Məmmədov İlqar və Əliyev İlham Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən keçirilən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya imtahanında uğurlu nəticə əldə ediblər. SİA xəbər verir ki, sertifikasiya imtahanından müvəffəqiyyətlə keçən Mərkəzi Gömrük Hospitalının provizorları növbəti beş il ərzində tibb və əzcaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıblar. Provizor Məmmədov İlqarı və Əliyev İlhamı təbrik edirik, peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!