"Hər birinizə şərəflə addımlamağı arzu edirəm" - TAHİR BUDAQOV

3 Noyabr 2022 10:32 (UTC+04:00)

“Post-konfilik dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Torpaqlarımızın işğaldan azad edilməsi məqsədyönlü siyasətin nəticəsidir". SİA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.

Tahir Budaqov qeyd edib ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan post-konfilikt dövrünün quruculuq modelini yaradır: "Zəngəzur dəhlizinin açılması geniş və çoxşaxəli əməkdaşlığın formalaşdırılması deməkdir. Post-konfilik dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Tariximizin şanlı dövründə yaşayıb, yaratmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Hər birinizə şərəflə addımlamağı arzu edirəm”.