Bu gün Gülüstan sarayında "Zəfər" gününə həsr olunmuş "Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli" mövzusunda konfrans keçirilir.
SİA xəbər verir ki, konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikasının millət vəkilləri və s. iştirak edir.