İlon Musk “Twitter” işçilərini yarıya qədər azaltmağı planlaşdırır

3 Noyabr 2022 08:28 (UTC+04:00)

“Twitter“ yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

İxtisara "Twitter"in 7500 əməkdaşından təxminən 3700-ü düşəcək.

Şirkət həmçinin ştatda qalan işçilərin məsafədən işləməsini qadağan edəcək.

Bu cür tədbirlərin xərclərin azaldılmasına yönəldiyi bildirilib.

Məsələ ilə bağlı şirkət açıqlama verməyib.