"Biz sabah qrup mərhələsində sonuncu oyuna çıxacağıq". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ"-"Frayburq" oyunundan öncə keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi bildirib ki, rəqib koçmanda çox güclüdür: "Bütün komanda olaraq sabah meydanda olmalıyıq. Bütün futbolçularıma güvənirəm. Ümid edirəm ki, sabah Bakıda son oyunumuzda çox yaxşı şəkildə çıxış edəcəyik".