"Biz sabah güclü bir komandaya qarşı oynayacağıq". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun idmançısı Bəhlul Mustafazadə bildirib.
Futbolçu qeyd edib ki, hər birimiz sabahki oyunun məsuliyyətini hiss edirik: "Hamımıza uğurlar arzu edirəm. Düşünürəm ki, sabah azərkeşlərimizi sevindirəcəyik".