Diplomatik əlaqələrin 70-ci ildönümü ilə bağlı foto sərgi

2 Noyabr 2022 17:46 (UTC+04:00)

Kubanın paytaxtı Havananın ev sahibliyi etdiyi sərgidə Türkiyənin Havanadakı səfiri Vǝhbi Esgel Etensel çıxış edib.

SİA xəbər verir ki, səfir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) İnqilab Meydanında yerləşən Havana Milli Kitabxanasında açdığı sərgidə etdiyi çıxışında layihəyə verdiyi dəstəyə görə Kuba rəhbərliyinə təşəkkürlərini bildirib.

Sərgidə Kuba Xarici İşlər Nazirliyi adından çıxış edən Elena Casera Mesa isə iki ölkə arasındakı əlaqələrin əhəmiyyətinə diqqət çəkib. Türkiyənin Havanadakı səfirliyi ilə TİKA-ya iki ölkə münasibətlərinə verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Sərgi bir həftə müddətlə ziyarətə açıq olacaq.