Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanlaın sayı artıırlıb

2 Noyabr 2022 17:17 (UTC+04:00)

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.

SİA-nın məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, “Pulmozim/Pulmozyme” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 109-a çatıb.

Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib.