"“Qarabağ” və “Frayburq” oyunu üçün nəzərdə tutulan biletlərin artıq 28 mini satılıb". Bu fikirləri SİA-ya açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə bildirib.

Qurum rəsmisi qeyd edib ki, qaydalara əsasən matç günü rəqib komandanın azərkeşləri oyunu izləməsi üçün stadionun 5 faizi onlar üçün ayrılır: "Lakin aldığımız məlumata görə gələnlərin sayı 500-ə yaxındır məhz bu səbəbdən onlar üçün nəzərdə tutulan sektorların içərisində 26-ci sektor boş qalır. Həmin sektorunda biletləri artıq satışa çıxarılıb".