“Azərbaycan cəmiyyətində və ekspertlərimizdə haqlı olaraq belə bir fikir formalaşıb ki, Ermənistan dövlətinin başının üzərindən dəmir yumruğumuz heç vaxt əksik olmamalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.
Hərbi-ekspertin sözlərinə görə, ermənilər hər zaman təxribat törədərkən 5 qat cəzasını alırlar: “Vətən müharibəsindən sonra zənn etdik ki, Ermənistan dövləti ağıllanacaq və onların 100 illər boyu davam edən xəstəliklərinin çarəsi tapılacaq. Lakin görünən odur ki, Ermənistanın xroniki xəstəliyi var və bunun müalicəsi yoxdur. Türkiyə Suriyada bufer ərazi yaratdığı kimi Azərbaycan da Qazaxdan-Naxçıvana kimi bufer zona yaratmalıdır. Həmin ərazidə də Azərbaycan ordusu olmalıdır ki, həmin regionda yaşayan əhalimiz əziyyət çəkməsin. Yox əgər bu faktorda öz əhəmiyyətini itirəcəksə. Ermənistan dövləti 1928-ci ildə imzalanmış “Türkmənçay” müqaviləsindən sonra 9 min kvadrat kilometrlik ərazidə yaradılıb. Ermənilər bu bölgələrdən köçüb getməlidirlər. Təbii ki, bu proseslərin hər biri mərhələli şəkildə olmalıdır”.