Rusiyanın Perm vilayətində “Perm adamyeyəni” kimi tanınan Mixail Malışev 20 ildən çox cəza çəkdiyi koloniyadan azad edilib.
“O, oktyabrın 28-də koloniyadan buraxılıb”. SİA bu barədə rus saytlarına istinadən xəbər verir.
Qeyd edək ki, Malışev cəzasını Perm diyarındakı koloniyada çəkirdi. O, 2000-ci ildə sübuta yetirilən iki cinayət epizoduna görə saxlanılıb.
Belə ki, o, kişi və qadını öldürüb, parçalayıb və... qismən yeyib. Cinayətkar ilk qurbanın qalıqlarını Marşal Rıbalko küçəsindəki evin yaxınlığında atıb. Müstəntiqlər ikinci ölünün hissələrə bölünmüş meyitini çayda tapıblar.
O da dəqiqləşdirilib ki, kotletləri qızartmaq üçün yumşaq salfetlərdən istifadə edən Malışev qalan hissələri atıb.
Onu da qeyd edək ki, 25 il həbs cəzası alan “Perm adamyeyəni”, həmçinin məcburi psixiatrik müalicə də alırdı.
Ağasəf Babayev