Səfərbərliyə cəlb edilənlər hərbi əməliyyat zonalarına göndərilib - SERGEY ŞOYQU

1 Noyabr 2022 16:17 (UTC+04:00)

Rusiyada qismən səfərbərlik çərçivəsində cəlb edilmiş 87 min çağırışçı xüsusi hərbi əməliyyatlar zonasına göndərilib. SİA rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə danışan Şoyqu qeyd edib ki, 87 min nəfər əlavə təlim və hərbi koordinasiya fəaliyyətindən sonra silahlı fəaliyyət bölgələrinə göndərilib: "Xüsusi hərbi əməliyyatlar zonasında döyüş təcrübəsi qazanmış 3 minə yaxın təlimçi, qismən səfərbərlikdə iştirak edənlərlə iş aparılıb. Əsas səylər səhra hazırlığına, rabitə, naviqasiya və kəşfiyyat vasitələrindən istifadə bacarıqlarına yönəldilib".

Şoyqu bir daha vurğulayıb ki, məcburi hərbi xidmət üçün öz qoşunlarına təslim olan əsgərlər xüsusi əməliyyatlar zonasına göndərilməyəcək.