"Müharibədən qazanc əldə edən şirkətləri dayandırmalıyıq" -BAYDEN

1 Noyabr 2022 14:30 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden neft və qaz şirkətlərini xərcləri azaltmaq və hasilatı artırmaq üçün istifadə etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə ABŞ prezidenti Bayden Ağ evdəki çıxışında deyib. O bildirib ki, şirkətlər qiymətləri aşağı salmasalar, vergiləri artacaq.

“Müharibədə qazanc əldə etməyi dayandırmağın vaxtıdır. Əgər bunu etməsələr, artıq mənfəətlərinə görə daha yüksək vergi ödəyəcəklər və əlavə məhdudiyyətlərlə üzləşəcəklər. Ağ Ev bu və digər variantları nəzərdən keçirmək üçün Konqreslə işləyəcək. Bu şirkətlərin müharibədən qazanc əldə etməsini dayandırmağın vaxtı çatıb".