"Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər yerdə olduğu kimi son Soçi görüşündə də Azərbaycan dövlətinin milli maraqlarını ehtiva edən mövqeyimizi açıq şəkildə ortaya qoydu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə, eləcə də üçtərəfli görüş zamanı öz fikirlərini qətiyyətlə bildirdi və Azərbaycanın güclü iradəsini ortaya qoydu. Yəni Qarabağ deyə bir konfilikt hər hansı bir problem Azərbaycan üçün yoxdur və Qarabağ məsələsi Azərbaycan üçün artıq bitmişdir. Bundan sonrakı məsələlərdə beş maddəlik beynəlxalq hüquqi prinsiplərini özündə ehtiva edən və hər iki dövlətin maraqlarına xidmət edən yeganə sülhün, barışın və əmin-amanlığın gəlməsi üçün sülh müqaviləsi imzalanması delimitasiya və demarkasiya ilə bağlı Ermənistanın bu günə qədər də müxtəlif bəhanələrlə yaymış olduğu məsələlərdə konkret nəticəyə gəlinməsi ilə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu. Bu baxımdan fikir verəriksə üçtərəfli bəyanatın heç bir bəndində Qarabağ sözündən istifadə olunmamışdır. Bu da Azərbaycan dövlətinin xarici siyasətdəki iradəsinin əyani bir sübutudur və hamımız əmin ola bilərik ki, bundan sonra atılacaq addımlar Azərbaycan dövlətinin bilavasitə iradəsi ilə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ölkəmizdə bizim maraqlarımızın qoruması şərti ilə müsbətə doğru irəliləyəcək.