“Fransa dövləti deyərkən mənim ağlıma nankör insanlar düşür". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, Fransada hazırda 700 min erməni diasporu fəaliyyət göstərir: “Lakin Fransa dövləti mənəviyyatını tamamilə itirib. Onlar açıq şəkildə Ermənistanı dəstəkləyərək bizə qarşı çıxarırlar. Fransa dövləti fikrimcə, heç ATƏT-in Minsk Qrupuna üzv olmalı deyildi. Fransa dövləti Azərbaycana qarşı olaraq, bizim əleyhimizə həmçinin sanksiyalarda qəbul etmək istəyirlər. Ancaq onlar anlamır ki, Azərbaycan xalqı Ali Baş Komandanın yanındadır. Fransa dövləti nə etmək istəsə də, heç vaxt bizim dövlətimizi yıxa bilməz. Bütün bunlar isə Ermənistan dövlətini daha da ürəkləndirir. Fransa elə bir vəziyyət yaradıb ki, bir çox dövlətlər Ermənistana qaxmar çıxaraq onlara yardım etmək istəyirlər. Təəssüflər olsun ki, bu dövlətlərin sırasında Rusiyada var. Regionda baş verən bütün mənfiliklər Fransanın əsəridir”.