Gövhər Abdullayevadan rekord irəliləyiş

1 Noyabr 2022 11:16 (UTC+04:00)

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı açıqlanıb. SİA-nın verdiyi məlumata görə, yeni reytinqdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5 pillə irəliləyərək 11-ci olub (2747 xal). Milli komandanın digər üzvü Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 2741 xalla 14-cüdür. Qədir Hüseynov (2661 xal) 86-cı, Nicat Abbasov (2646 xal) 100-cü, Rauf Məmmədov (2646 xal) isə 102-ci sıradadır.