Oktyabrın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 37, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 999, ikinci mərhələ üzrə 4 milyon 871 min 404, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 616, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 18-dir.