Rusiya ilə Ukrayna arasında gedən müharibənin sonu necə olacaq? -HƏRBİ EKSPERT AÇIQLADI

31 Oktyabr 2022 15:20 (UTC+04:00)

Ukraynanın düşdüyü vəziyyət olduqca çətin bir prossesin bir başlanğıcıdır. Məsələ burasındadır ki, Ukraynaya hal hazırda Qərb dövlətləri ABŞ, Böyük Britaniya və digər ölkələrin iştirakı olmadan öz məsələsini həll etmək imkanında deyil. Bu sözləri SİA-ya açıqlamasında Hərbi Ekspert Ramil Məmmədli söyləyib.

Onun sözlərinə görə, əks təqdirdə Ukrayna ərazilərini və hətta öz dövlət müstəqilliyini belə itirmək vəziyyətinə gəlib çıxa bilər. Və yaxud da Ukrayna Rusiya ilə atəşkəs imzalamalıdır və bundan sonra isə artıq öz ordusunu yüksək səviyyədə hazırlamalı və işğal olunmuş ərazilərini yenidən qaytarmalıdır. Yəni hər iki halda Ukrayna böyük dövlətlərin təsir dairəsində qalmaq məcburiyyətindədir və yaxud da Rusiya ilə yenidən əməkdaşlıqa doğru inteqrasiya etməlidir. Bu isə yaxın 40-50 il ərzində çətin prosses olacaq. Cünki artıq ukrayna xalqı minlərlə itki verib və şəhərləri darmadağın edilib. Buna görə də hazırki vəziyyətdə Ukrayna Rusiya ilə heç bir əməkdaşlıqa gedə bilməz. Ukraynanın Rusiya ilə müharibədə Qərb ölkələri Ukraynaya çox güclü hərbi dəstək verməlidir ki, münaqişədən qalib çıxa bilsin və ya da prosses elə belədə davam edəcək və uzun illər hər iki tərəf müharibə edəcək.